WhatsApp qrup videozənglərinin limitini 50 nəfərədək arıtırıb

Aktual / Manset 14-may, 13:009 231 0
WhatsApp qrup videozənglərinin limitini 50 nəfərədək arıtırıb


WhatsApp aprel ayında qrup şəklində videoçatlarda iştirakçıların limitini 8 nəfərədək artırmışdı. Proqramın növbəti yeniləməsində limit 50 iştirakçıyadək genişləndiriləcək.

Bunun üçün Messenger Rooms platformasından istifadə nəzərdə tutulub. Messenger Rooms Xidməti — Facebook-un tərkibində böyük videokonfranslar üçün yaradılmış platformadır. WhatsApp-ın növbəti yeniləməsində Messenger Rooms işarəsi görünəcək və onun üzərinə klikləyəndə yeni funksiya işə düşəcək. İstifadəçilər qrup videozənglər üçün “otaq”lar yarada, dostlara dəvət göndərə bilər. “Otaq”ın maksimum tutumu 50 nəfər olacaq. Yeni funksiya WhatsApp-ın veb və mobil versiyalarında aktiv olacaq. Yeni funksiyanın yaxın həftələrdə tətbiqinə başlanılacağı gözlənilir.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr