
Sabahdan Gürcüstanda komendant saatının tətbiqi dayandırılır.
Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, hökumət mayın 22-dən etibarən fövqəladə vəziyyət rejiminin və komendant saatının tətbiqinin dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Gürcüstanda COVID-19 pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət elan edilib. Martın 31-dən etibarən 21:00-06:00 radələrində bütün ölkə ərazisində komendant saatı tətbiq edilir.(apa.az)
uguryolu.az