Azərbaycanda plastik polietilen torbalardan istifadənin qadağan edilməsi ilə bağlı sənəd hazırlanıb

Sosial 21-may, 18:039 213 0
Azərbaycanda plastik polietilen torbalardan istifadənin qadağan edilməsi ilə bağlı sənəd hazırlanıb


Polietilen torbalardan istifadə ilə bağlı sənəd artıq hazırdır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarının müsbət rəyindən sonra sənəd qüvvəyə minəcək.

“Sənəddəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb. 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb. Bu təcrübə Gürcüstan, Türkiyə və bir çox ölkələrdə tətbiq edilib və səmərəli nəticə verib”, - deyə nazir vurğulayıb.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr