MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır

Siyasət 16-iyl, 13:459 434 0
MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

V.Dərgahlı "Report"un sorğusuna cavab olaraq deyib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır.

"Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb", - nazirlik rəsmisi vurğulayıb.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr