Ədliyyə Nazirliyi jurnalistlərlə növbəti videokonfrans keçirib

Siyasət 21-iyl, 17:309 331 0
Ədliyyə Nazirliyi jurnalistlərlə növbəti videokonfrans keçirib


“Azərbaycan mətbuatının 145 illiyinin keçirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncam onu göstərir ki, hətta pandemiya dövründə də media dövlət başçısının diqqətindədir”.

Bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi videokonfransda nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O qeyd edib ki, həm pandemiya dövründə əhalinin maarifləndirilməsi, həm də cəbhədə gedən döyüşlərlə bağlı ictimaiyyətin məlumatlandırılması baxımından mətbuatın rolu danılmazdır: “Həmçinin məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq ediləb yeniliklərin də vətəndaşlara doğru çatdırılmasında media mühüm işlər görür”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də Ermənistan-Azərbaycan sərhədində bir neçə gün əvvəl gedən döyüşlər dövründə jurnalistlərin “informasiya müharibəsi”ndəki rolunu yüksək qiymətləndirib.

Onlayn konfransda Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə keçirdiyi məhkəmə-hüquq islahatları ilə bağlı jurnalist araşdırmaları müsabiqəsinin qaibləri açıqlanıb.

uguryolu.az


Ədliyyə Nazirliyi jurnalistlərlə növbəti videokonfrans keçirib
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr