Xəzərdə dalğanın hündürlüyü 5.3 metrə çatıb

Sosial 22-iyl, 10:509 304 0
Xəzərdə dalğanın hündürlüyü 5.3 metrə çatıb


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr