
22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində "Əkinçi" qəzetinin nəşrinə başlayır.
Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə içtimaiyyətin köməyinə gəlib. Bu gün də, dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar, olanları çatdıranlara ən böyük ehtiyac duyulur.
“Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edir. 21-27 iyul müddətində 7.000 Mediacell tarifi istifadəçiləri simvolik “1875” açar sözünü “5005” qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.
uguryolu.az