Yeni Təhsil naziri kimdir?

Təhsil 27-iyl, 13:199 361 0
Yeni Təhsil naziri kimdir?


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib.

1982-ci il təvəllüdlü E. Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. O, Təhsil İnstitutundakı vəzifəsinə bu ilin yanvarından təyinat alıb.

Təhsil İnstitutunun direktoru olana qədər isə Emin Əmrullayev nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2007-2015-ci illər "Xaricdə Təhsil üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın məşhur Kolumbiya Universitetindən məzun olub.

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr