Sumqayıt Kimya Sənaye Parkında yeni zavod inşa olunacaq

İqtisadiyyat 28-iyl, 13:009 325 0
Sumqayıt Kimya Sənaye Parkında yeni zavod inşa olunacaq


Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Glassica” QSC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 22-yə çatıb.

“Glassica” QSC tərəfindən Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə Sənaye Parkının ərazisində müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa olunacaq.

Qeyd edilir ki, layihənin investisiya dəyəri 20 mln. manatdan çoxdur və müəssisədə 70-dək daimi iş yeri yaradılacaq.

Bundan əlavə, istehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr