"İnter" 22 ildən sonra darmadağınla finala yüksəlib

İdman 18-avq, 10:079 314 0
"İnter" 22 ildən sonra darmadağınla finala yüksəlib


Avropa Liqasında ikinci finalçı müəyyənləşib.

Bu gün növbəti yarımfinal oyunu keçirilib.

İkinci cütdə "İnter" Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Əla formada olan son vaxtların iki məğlubedilməz komandasının duelindən italyanlar qalib ayrılıb. Milan təmsilçisi uğurlu seriyasını davam etdirib.

Ukrayna təmsilçisi üzərində böyükhesablı qələbə qazanan Antonio Kontenin yetirmələri finala yüksəlib. Bununla "neradzurra" 22 illik final həsrətinə son qoyub və 5-ci dəfə bu turnirin həlledici matçında iştirak hüququ qazanıb. Komanda sonuncu dəfə 1998-ci ildə turnirin adı UEFA Kuboku olanda finalda oynayıb. Martdan bəri ilk məğlubiyyətini alan "Şaxtyor" isə 2009-cu ildəki nailiyyətini təkrarlaya bilməyib.

Beləliklə, "İnter" avqustun 21-də Kölndə keçiriləcək final oyununda turnirin beşqat qalibi və rekordçusu "Sevilya" ilə qarşılaşacaq.

Avropa Liqası
Yarımfinal
17 avqust
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 5:0
Qollar: Martines, 19, 74, D Ambrosio, 64, Lukaku, 78, 84
Baş hakim: Şimon Marçinyak (Polşa)
Düsseldorf. "Merkur Şpil Arena"(apa.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr