Şoyqu Azərbaycana nəbz yoxlamağa gəlir? - Politoloq

Siyasət 24-avq, 10:109 333 0
Şoyqu Azərbaycana nəbz yoxlamağa gəlir? - Politoloq


"Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri nəbz yoxlaması məqsədi daşıyır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Kreml rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı hansı həddə qədər inkişaf etdirəcəyini yerindəcə öyrənmək istəyir:

"Azərbaycanın bu il Türkiyədən hərbi texnika alması da Kremli narahat edib. Dövlət başçısı İlham Əliyev Türkiyənin Müdafiə naziri Hulusi Akarla Bakıda son görüşündə dedi ki, Azərbaycan hərbi texnika alışında Türkiyəyə üstünlük verəcək. Halbuki, buna qədər hərbi texnikanı əsasən Rusiyadan alırdıq. Bunu da aydınlaşdırmaq istəyirlər. Putinə deyildiyi kimi, onun nazirinə də "nədən Rusiya Ermənistana hərbi texnika daşımaqda davam edir” sualı verilməlidir”.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri gözlənilir.(qaynarinfo.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr