Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Təhsil 24-avq, 10:189 422 0
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalıb. Bu gün hər kəsi düşündürən məsələ dərslərin hansı formada keçiriləcəyidir.

Qeyd edək ki, bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Ənənəvi və qarışıq. Yəni Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Sentyabrın 15-dən dərslərin hansı formada keçirilməsi nəzərdə tutulur? Yeni tədris ili ilə bağlı hansı qaydalar hazırlanır?

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verəcək:

“Bizim tərəfimizdən yalnız lazım olan sənədlər hazırlana bilər. Brifinqdə səsləndirildiyi kimi bu və digər məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. Bütün təkliflər barəsində araşdırılır. İstənilən halda qərarları gözləmək lazımdır”.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr