Azərbaycanda ov mövsümü bu vaxt açıq elan edilir

Ölkə 25-avq, 12:179 476 0
Azərbaycanda ov mövsümü bu vaxt açıq elan edilir


Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü sentyabrın 1-dən etibarən açıq elan edilir.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev məlumat verib.

O qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Ekologiya və Təbii Sərvətlər Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”,- F.Əliyev əlavə edib.

Xatırladaq ki, mövsümün açılması Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə baş tutur. (report)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr