Metro fəaliyyətini bu tarixdən bərpa edə bilər - RƏSMİ

Cəmiyyət / Manset 31-avq, 12:379 353 0
Metro fəaliyyətini bu tarixdən bərpa edə bilər - RƏSMİ


Bakıda metronun açılması Nazirlər Kabineti yanında operativ qərargahın qəbul edəcəyi qərardan asılıdır.

uguryolu.az məlumat verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı metropoliteninin stansiyaları fəaliyyətini sentyabrın 15-dək dayandırıb:

"Stansiyaların sərnişin qəbul edəcəyi gün Qərargahın qərarından asılıdır. Stansiyalar sentyabrın 15-i də açıla bilər, hətta həmin vaxtdan əvvəl də. Bu isə ölkədəki epidemiologi vəziyyətdən asılıdır.

Əgər vəziyyət tam normallaşarsa, stnasiyalar fəaliyyətini sentyabrın 15-dən əvvəl də açıla bilər. Hələ ki, bu barədə bizə heç bir göstəriş verilməyib. Amma buna baxmayaraq metro stansiyaları fəaliyyətini bərpa etməyə hazırlıqlı vəziyyətdədir".

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb.

Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr