Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq” - Türkiyə XİN

Siyasət 27-sen, 13:149 81 0
Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq” - Türkiyə XİN
Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”.

TV 713 xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”.

“Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və Can Azərbaycana başsağlığı diləyirik”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr