
Tanınmamış və oyuncaq "dqr"in "təhlükəsizlik şurası"nın katibi Samvel Babayan bildirib ki, Ermənistan ordusu Azərbaycan qoşunlarının hücumu nəticəsində 23 əsgər və zabitini itirib.
TV 713 Musavat.com-a istinadla xəbər verir ki, Samvel Babayan hərbi texnikanın və istehkam qurğularının məhv edilməsi barədə danışmayıb.
Xatırladaq ki, bu gün səhər Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrinin artilleriya atəşlərinə cavab olaraq əks-hücuma keçib. Müdafiə Nazirliyinin yaydığı son məlumatlara görə, cəbhəboyu döyüşlər şiddətli və uğurlu şəkildə davam edir.