Orduya gedənlər iş yerindən maaş alacaq – Rəsmi

Aktual 01-okt, 17:219 74 0
Orduya gedənlər iş yerindən maaş alacaq – Rəsmi

Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirmək üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əmək haqqı saxlanılır.

TV 713 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

“Hərbi Xidmət haqqında” qanuna əsasən, toplanışa çağırılan hərbi vəzifəlilərin çağırış üzrə vəzifələrini yerinə yetirdikləri dövrdə daimi iş yerində maaşları saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıtmasına qədər xitam verilə bilməz”, - deyə Fazil Talıbov bildirib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr