Ərdoğan: “Qarabağ işğaldan azad olunana qədər bu mübarizə davam edəcək”

Manset 02-okt, 17:559 72 0
Ərdoğan: “Qarabağ işğaldan azad olunana qədər bu mübarizə davam edəcək”


Türkiyənin Konya Şəhər Xəstəxanasının açılışında danışan Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın cəbhədə uğurla irəliləməsindən, Azərbaycan ordusunun bir çox əraziləri işğaldan azad etməsindən danışıb.

“Haber Global” məlumat verir ki, o, Türkiyənin Azərbaycana güclü dəstək verdiyini bir daha vurğulayıb:

“Qarabağ problemi həll olunmadan Ermənistan yenidən hücuma keçdi, lakin bu dəfə gözlənilməz bir nəticə ilə qarşılaşdı. Qardaş Azərbaycan işğala məruz qalan Qarabağı xilas etmək üçün böyük bir hərəkata başladı.

İndiyə qədər uğurla irəliləyən Azərbaycan ordusu bir çox yeri işğaldan xilas etdi. Biz bütün imkanlarımız və qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik. Bu mübarizə Qarabağ işğaldan azad olunana qədər davam edəcək”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr