France 24” qalmaqal yaratdı: Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi

Aktual 09-okt, 00:559 70 0
France 24” qalmaqal yaratdı: Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi

Fransanın “France 24” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsi və qardaş ölkənin Azərbaycana dəstəyi ilə bağlı fikirlərini təhrif olunmuş şəkildə təqdim etməklə qalmaqala səbəb olub.

Bu barədə “Takvim” məlumat yayıb.

Telekanalın Türkiyə Prezidentinin çıxışını altyazı ilə təqdim edərkən təhrifə yol verdiyi üzə çıxıb. Türkiyə mətbuatı bunun bilərəkdən edildiyini vurğulayıb.

Belə ki,  Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı “Çıxmaqları lazımdır ki, burada həllə nail olunsun. Bax, indi nəticə zamanıdır, azərbaycanlı qardaşlarımız da öz işlərini özləri həll etməyin addımını atıb” fikrini səsləndirib.

“France 24” isə Türkiyə liderinin sözlərini bu cür təhrif edib:
“Türkiyə bu ədalətsiz, hüquqa zidd və qanlı oyunu pozmaq üçün əlindəki gücü və qüvvəni istifadə etməyə qərarlıdır. Digər dünya güclərinə meydan oxumaq riskini öz üzərimizə götürərək azərbaycanlı qardaşlarımızın yanında dayanırıq”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr