“Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir” - Deputat

Aktual 05-yan, 22:259 86 0
“Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir” - Deputat
"Ölkədə benzin və dizelin qiymətinin artımına təsir edəcək ciddi əsaslar olduğu üçün Tarif Şurası bu addımı atıb”.

Bu sözləri Tarif Şurasının qərarına uyğun olaraq, yanvarın 5-dən etibarən, Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiymətinin 1 manat, dizelin 1 litrinin qiymətinin isə 80 qəpik həddində müəyyənləşməsinə münasibət bildirən Milli Məclisin deputatı Nurlan Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Nurlan Həsənovun sözlərinə görə, dünya bazarında benzinin qiymətinin artması neftin bahalaşması ilə bağlıdır:

"Əslində, dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Məsələn, Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir.

Nəzərə almaq lazımdır ki, Almaniya neft-qaz ehtiyatına malik olmayan ölkədir. Lakin Azərbaycanda zəngin neft-qaz ehtiyatları mövcuddur. Bütün hallarda hesab edirəm ki, Tarif Şurası dünya bazarında neftin bahalaşması fonunda qiymət tənzimlənməsini həyata keçirib.

Yəni ölkədə benzin və dizelin qiymətinin artımına təsir edəcək ciddi əsaslar olduğu üçün Tarif Şurası bu addımı atıb. Xatırlayırsınızsa, neftin ucuzlaşdığı ərəfələrdə benzinin qiyməti də Tarif Şurası tərəfindən aşağı salınmışdı. Hazırda benzinin bahalaşması dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr