Hərbi Prokurorluğun yeni şöbə rəisi Aydın Ələsgərov kimdir? - DOSYE

Aktual 01-fev, 16:379 94 0
Hərbi Prokurorluğun yeni şöbə rəisi Aydın Ələsgərov kimdir? - DOSYE
Respublika Hərbi Prokurorluğunda kadr təyinatı olub. Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.

Sfera.az yeni təyin olunan şöbə rəisinin qısa tərcümeyi-halını təqdim edir.

Ələsgərov Aydın Abdulla oğlu 7 dekabr 1965-ci ildə anadan olmuşdur. O, Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı hərbi prokurorunun müavini, Sumqayıt hərbi prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifələrində qulluq keçmişdir.

Ədliyyə polkovnikidir. Ailəlidir, iki qız övladı vardır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr