Rusiya kartof idxalı ilə bağlı Azərbaycana xəbərdarlıq edib

Aktual / Cəmiyyət 04-fev, 00:519 90 0
Rusiya kartof idxalı ilə bağlı Azərbaycana xəbərdarlıq edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan idxal olunan kartofda virus aşkar edərsə məhsulun idxalına müvəqqəti qadağa qoya bilər.

Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, "Rosselxoznadzor" Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə kartoflarda aşkar edilə biləcək virus barədə xəbərdarlıq edib. Bu məsələ iki qurum arasında keçirilmiş videokonfrans formatında görüşdə müzakirə olunub.

Rusiya tərəfi Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən idxal olunan kartoflarda qəhvəyi bakterial çürüklər olması barədə məlumat verib və Azərbaycan tərəfindən bununla bağlı araşdırma aparmağı, ixraca yönəldilən nəzarəti gücləndirməyi xahiş edib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr