
Kiyev meri Vitali Kliçko əldə silah şəhərin müdafiəsinə qoşulacaq.
Bu barədə Vitali Kliçko “Good Morning Britain” tok-şousunun efirində çıxışı zamanı bildirib.
“Bu artıq qanlı müharibədir. Mənim seçim şansım yoxdur. Bunu etməliyəm. Vuruşacağam”, - deyə o qeyd edib.
V.Kliçko ölkədə demokratiya və suverenliyi qoruyacağını bildirib.
“İndi Putin hərbi ritorikadan istifadə edir. O, aydın şəkildə göstərir ki, Ukrayna dövlətini, vətəndaşlarının suverenliyini məhv etmək istəyir. Bu sözlərin ardınca atəş və tanklar gəlir. Biz dağıntılar və ölümü yaşayırıq. Biz bütün vasitələrlə müdafiə olunacaq, azadlıq və demokratiya uğrunda mübarizə aparacağıq”, - deyə o vurğulayıb.
Mənbə: ESPN