AZAL: Ukraynanı tərk edən azərbaycanlılar ölkəyə gətiriləcək

Aktual 27-fev, 19:029 45 0
AZAL: Ukraynanı tərk edən azərbaycanlılar ölkəyə gətiriləcək

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.

“Azərbaycan Hava Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

Eyni zamanda, Türkiyənin “Tailwind” aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr