BMT Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək

Aktual 28-fev, 08:379 78 0
BMT Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək
Fevralın 28-də BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamə layihəsinin müzakirəsi üçün xüsusi sessiyasının keçiriləcəyi gözlənilir.

Belə ki, bir müddət əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasının bazar günü çağırılması üçün sorğu göndərib. İclasın saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayağı bildirilib.

Məhz bu iclasda Təhlükəsizlik Şurası Baş Assambleyanın xüsusi sessiyasının təşkili ilə bağlı prosessual səsvermə keçirəcək.

Prosessual səsvermədə qərar qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən doqquzunun səsi tələb olunur ki, bu halda veto etibarlı deyil.

Mənbə: TASS
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr