Türkiyə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmiləri buraxmayacaq

Aktual 01-mar, 08:459 73 0
Türkiyə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmiləri buraxmayacaq
Türkiyə bütün sahilyanı ölkələrə Çanaqqala və Bosfor boğazlarından hərbi gəmilərin keçməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz Montrö Konvensiyasında nəzərdə tutulan müddəaları yerinə yetirmişik və yerinə yetirməkdə davam edəcəyik. Bu günə qədər hərbi gəmilərin keçidi ilə bağlı heç bir müraciət almamışıq. Biz bütün sahilyanı və digər ölkələrə xəbərdarlıq etmişik ki, heç bir hərbi gəmi boğazlardan keçməyəcək”,- deyə Çavuşoğlu qeyd edib.

Həmçinin, nazir Ukraynada baş verənlərin ölkəsi tərəfindən müharibə kimi qiymətləndirildiyini və bu baxımdan Montrö Konvensiyasının müddəalarının icrasına nəzarət etmək niyyətində olduğunu vurğulayıb.

Mənbə: “Anadolu”
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr