Azərbaycanda bankların dollara tələbi azalıb - RƏSMİ

Aktual 02-mar, 19:439 58 0
Azərbaycanda bankların dollara tələbi azalıb - RƏSMİ
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

Oxu.Az-ın Fonddan əldə etdiyi məlumata əsasən, bu ilin fevral ayında bankların dollara tələbi 371,2 milyon ABŞ dolları həcmində olub.

Əvvəlki ayla (yanvar) müqayisədə ABŞ dollarına tələb 2 dəfəyə qədər, 2021-ci fevral ayı ilə müqayisədə isə 15,1 faiz azalıb.

Ümumilikdə isə 2022-ci ilin yanvar-fevral ayları ərzində 1 milyard 98,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu vəsait 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16 milyon ABŞ dolları qədər və ya 1,5 faiz çoxdur.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, 2021-ci ilin fevral ayı ərzində isə 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr