Yaponiya tarixində ilk dəfə olaraq xarici ordu üçün qoruyucu vasitələr verib

Siyasət 09-mar, 08:499 86 0
Yaponiya tarixində ilk dəfə olaraq xarici ordu üçün qoruyucu vasitələr verib
Yaponiya Ukraynaya gülləkeçirməz jiletlər, dəbilqələr, dərmanlar və digər vasitələrlə yardım edib.

Bu barədə Ukraynanın Yaponiyadakı səfiri Serqey Korsunski “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Bu gün Ukrayna və Yaponiya arasında Ukrayna hökumətinə Silahlı Qüvvələrin ehtiyacları üçün qoruyucu vasitələrin, yəni zireh, dəbilqə, çadırların, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif avadanlıqların pulsuz verilməsinə dair hökumətlərarası saziş imzalanıb”, - məlumatda bildirilib.

Səfir belə bir aktın Yaponiya tarixində ilk dəfə baş verdiyini qeyd edib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr