
Almanlar Ukraynadan olan qaçqınları yerləşdirmək üçün 300 min fərdi ev təklif ediblər. Bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hazırda qaçqınları mənzillə təmin etmək üçün dövlət orqanı qeyri-kommersiya şirkəti olan “gut.org AG” və “Airbnb Inc” icarə şirkətinin qeyri-kommersiya qolu olan “Airbnb.org” ilə işləyir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, müharibə nəticəsində 2,3 milyondan çox insan Ukraynanı tərk edib. Onların əksəriyyəti qadın və uşaqlardır.
Çərşənbə günü Almaniyada 80,000-dən bir qədər çox ukraynalı qaçqın qeydə alınıb və onların sayı hər gün daha da artır.
Qaçqınların bir çoxu Berlinə qatar və ya avtobusla gəlir ki, bu da Almaniyanın paytaxt rəhbərliyini hazırda bağlı olan Tegel hava limanında 3000-ə qədər insanı qəbul etmək üçün müvəqqəti yaşayış yeri yaratmağa vadar edib.
Mənbə: rbc.ua