Türk Hava Yolları rusiyalılar üçün üçüncü ölkələrə bilet satışını dayandırıb

Aktual 11-mar, 08:329 54 0
Türk Hava Yolları rusiyalılar üçün üçüncü ölkələrə bilet satışını dayandırıb
Türk Hava Yolları Rusiyadan gələn sərnişinlər üçün üçüncü ölkələrə bilet satışını məhdudlaşdırıb.

Şirkətdən bildirilib ki, sərnişinlər yalnız Rusiyaya gediş və gəliş biletləri əldə edə bilərlər.

Həmçinin, Türk Hava Yolları martın 10-dan etibarən digər marşrutlar üzrə bilet satışını dayandırır.

Beləliklə, bir şəxs Moskvadan İstanbul üzərindən Maldiv adalarına və geri uçuşa bilet ala bilər. Lakin məsələn, İstanbul - Nyu York reysi artıq rusiyalılar üçün əlçatan olmayacaq.

Türk Hava Yolları nümayəndələrinin sözlərinə görə, belə məhdudiyyətlərə səbəb Rusiya kartlarının “Visa” və “Mastercard” sistemləri ilə bloklanması olub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Aeroflot”, “Pobeda” və “S7” aviaşirkətləri beynəlxalq uçuşların dayandırıldığını bəyan ediblər.

Eyni zamanda, “Aeroflot” öz sərnişinlərinin digər aviaşirkətlərin reysləri ilə Rusiyaya qayıtmasına kömək edəcəyini, həmçinin istifadə olunmayan reyslərin pulunu geri qaytaracağını bildirib.

Mənbə: snob.ru
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr