Səudiyyə Ərəbistanı BMT TŞ-nin təcili iclasını tələb edib

Aktual 26-mar, 11:229 58 0
Səudiyyə Ərəbistanı BMT TŞ-nin təcili iclasını tələb edib
Səudiyyə Ərəbistanı Yəmənin “Ənsər Allah” qiyamçı hərəkatının (husilər) krallığa hücumlarına görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

Bu barədə “Al Arabiya” telekanalı məlumatı yayıb.

“Səudiyyə Ərəbistanının missiyası TŞ-yə məktubunda qeyd edib ki, husilər hücumları İranın dəstəyi ilə gerçəkləşdirirlər. Bildirilib ki, krallıq öz ərazilərinin müdafiəsi üçün bütün tədbirlərin görülməsi hüququndan istifadə edəcək və qiyamçıların terror aktlarının qınanması üçün Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyir”, - telekanalın məlumatında deyilir.

Martın 25-də husilər Səudiyyə Ərəbistanının ərazisinə minalı PUA-lar və ballistik raketlərlə zərbələr endiriblər. Cümə günü ərzində onlar iyirmiyədək hücum gerçəkləşdiriblər. Cizan əyalətindəki paylayıcı stansiya və sutəmizləmə zavodu, eləcə də Ciddədəki “Saudi Aramco” şirkətinin obyektləri ciddi ziyan görüb. Məlumata görə, bir neçə neft anbarı yanıb, xəsarət alan olmasa da, yanğını söndürmək hələ də mümkün olmayıb.

Krallığın Enerji Nazirliyi dünya bazarlarına enerjidaşıyıcılarının tədarükündə yaranacaq fasilələrə görə məsuliyyət daşımadığını bəyan edib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr