Zelenski: “Türkiyə Mariupoldan yaralıların təxliyəsində Ukraynaya yardım edir”

Aktual 05-apr, 21:249 338 0
Zelenski: “Türkiyə Mariupoldan yaralıların təxliyəsində Ukraynaya yardım edir”



“Dialoq olmadan müharibəni dayandırmaq mümkün olmayacaq. Buna baxmayaraq, dünyada vasitəçilik etməyə çalışan çoxlu liderlər var. Lakin Türkiyə və onun prezidenti bu sırada birinci gəlir”.

Ukrayna Prezidenti Volodimir Zelenski bu sözləri Türkiyənin Habertürk TV televiziyasına verdiyi müsahibədə söyləyib.

O qeyd edib ki, Türkiyə Mariupol şəhərində yaralıların təxliyəsində Ukrayna tərəfinə yardım edir.

“Türk gəmiləri evakuasiya üçün istifadə olunur. Hazırda canlı əməliyyatlar davam etdiyi üçün daha ətraflı məlumat verə bilmərəm. Məqsədimiz vətəndaşlarımızın həyatını qorumaq olmalıdır”, - deyə V.Zelenski vurğulayıb.

V.Zelenski əlavə edib ki, Ukrayna Türkiyənin tam dəstəyinə ümid edir və Türkiyə rəhbərliyinə güvənir.

Mənbə: Habertürk TV
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr