Bakıda qəbiristanlıqda bıçaqlanma oldu: Cinayətkar axtarılır

Aktual 12-apr, 21:499 45 0
Bakıda qəbiristanlıqda bıçaqlanma oldu: Cinayətkar axtarılır



Bakıda bıçaqlanma hadisəsi olub.

"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 03:00 radələrində, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Yasamal qəbiristanlığının qarşısında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Orxan Hacıverdiyev aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla Nair İmaməliyevə döş və qarın nahiyyələrinə iki zərbə vuraraq ağır dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Orxan Hacıverdiyevin olduğu yerin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr