Bakıda yaşayış binası sökülür - FOTO

Aktual 11-may, 21:499 58 0
Bakıda yaşayış binası sökülür - FOTO
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka” tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

Bu barədə Trend-ə ərazidə yaşayan sakinlər xəbər verib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka” bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka”ların tikintisinə 1959-cu ildə start verilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr