Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb – FOTO

Səhiyyə 18-may, 21:059 256 2
Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb – FOTO



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr