Türkiyə Prezidenti: “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq”

Aktual 28-may, 21:429 62 0
Türkiyə Prezidenti: “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq”


“Bu gün “TEKNOFEST” festivalını ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizin qürurunu yaşayırıq”.

APA-nın xəbərinə görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Siz gənclər sabahın pilotsuz aparatlarını, yüksək texnoloji avadanlıqlarını kəşf edənlər sırasında olacaqsınız.

Gənclərimiz bu sahədə birlikdə addımlayacaq. “TEKNOFEST” nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr