Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı TUTULDU

Aktual 24-iyn, 23:079 39 0
Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı TUTULDU

Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DIN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edildiyi barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib.

Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in "102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr