Milli Məclisin deputatı yeni vəzifəyə seçiləcək

Aktual 07-iyl, 21:139 45 0
Milli Məclisin deputatı yeni vəzifəyə seçiləcək
Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu yaradılır.

Modern.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilir.

Dəyişikliyə əsasən, yeni formalaşdırılan Azərbaycan və Əlcəzair parlamentlərarası işçi qrupunun rəhbəri vəzifəsinə deputat Mahir Abbaszadənin namizədliyi təklif olunur.

Qeyd edək ki, parlamentin növbədənkənar plenar iclası sabah keçiriləcək.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr