
Bakı-Quba yolunda qəza olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində piyada ölüb.
Magistralın 50-ci kilometrliyində yolu keçmək istəyən piyada - 1965-ci il təvəllüdlü Tacəhmədov Xudabaxış Güləhməd oğlunu "Hyundai” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.