Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib

Aktual 14-noy, 18:069 54 0
Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran xüsusi xidmət orqanlarına işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib.

"Report”un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.

"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək”, - deyə o qeyd edib.

Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil:

"Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr