Rəşad Dağlı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşəcək

Aktual 20-noy, 13:189 44 0
Rəşad Dağlı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşəcək

Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabah görüşəcək.



Oxu.Az “interpress.az”az-a istinadən məlumat verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib.



Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirmək şübhəsi ilə saxlanılıb.



Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr