Qriqoryandan acı ETİRAF: Ermənistanda vəziyyət çox ağırdır...

Aktual 28-noy, 14:429 43 0
Qriqoryandan acı ETİRAF: Ermənistanda vəziyyət çox ağırdır...



Ermənistanda vəziyyət çox ağırdır, əldə olan müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməniəsilli beynəlxalq məsələlər üzrə ekspert, Lehiq Universitetinin (ABŞ) professoru Arman Qriqoryan deyib.

"ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır. Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır", - ekspert qeyd edib.

Qriqoryan Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra regionda mövcud vəziyyətə də toxunub: “Qələbə çox vaxt öz güclü tərəflərinin yenidən qiymətləndirilməsinə, bu ölkənin gücündən kənar yeni ambisiyaların əldə edilməsinə gətirib çıxarır. Hamı Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr