Alinur Aktaş: “Türk dünyası ilə bağlı birgə fəaliyyətlərimizdə Azərbaycan ən fəal ölkələrdən biridir”

Aktual / Siyasət 22-dek, 12:269 62 0
Alinur Aktaş: “Türk dünyası ilə bağlı birgə fəaliyyətlərimizdə Azərbaycan ən fəal ölkələrdən biridir”
“Türk dünyası ilə bağlı birgə fəaliyyətlərimizdə Azərbaycan ən fəal ölkələrdən biridir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Bursa şəhər bələdiyyəsinin sədri Alinur Aktaş bildirib.

Azərbaycanın türk dünyasının ən qədim və önəmli ölkələrindən biri olduğunu vurğulayan bələdiyyə sədri Azərbaycan-Türkiyə müttəfiqliyinin dünyada alternativi olmadığını və bu münasibətlərin hər sahədə gündən-günə daha da sıxlaşdığını qeyd edib:

“Bu gün və sabah (dekabrın 21-i və 22-də - “Report”) Bursada keçirilən “Türk dünyası yeni nəsil media fəaliyyətləri” ilə bağlı mediaforuma qatılan media işçiləri arasında Azərbaycandan olan qonaqlarımız da çoxdur. Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi ilə bərabər keçirdiyimiz bu tədbirin türk dünyasına qarşı olan dezinformasiyalar, ittihamlar, yalanlar, nifrət dili və iftiralara qarşı birgə mübarizəmizə böyük dəstək olacağına inanıram. Türk dünyası ilə bağlı birgə fəaliyyətlərimizdə Azərbaycan ən fəal ölkələrdən biridir və bu birliyimiz hər gün, hər sahdə daha çox inkişaf edir”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr