Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə yaradılan şəraitlə tanış olub

Aktual / Ölkə 08-apr, 13:309 88 0
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib.

Bu barədə Müdafiə Nazirliyi paylaşım edib

Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.
Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr