Zelenski Baydenlə görüşüb

Siyasət 21-may, 12:259 150 0
Zelenski Baydenlə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb.

Bu barərdə Ukrayna lideri teleqramda şəkil paylaşıb.

Görüşlə bağlı təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, Yaponiya bu il “G7”yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr