Putin və Zelenski Türkiyəyə səfər edəcək

Aktual / Siyasət / Dünya 31-may, 13:569 274 0
Putin və Zelenski Türkiyəyə səfər edəcək


Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

Bu barədə "Hürriyet" qəzetinin Ankara nümayəndəsi Hande Fırat məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü andiçmə mərasimdə iştirak edəcək.

Məlumata görə, Putin Türkiyəyə xüsusi səfər edəcək.
Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin ziyarəti planlaşdırılıb.

Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr