Asif Əli Zərdari Pakistan prezidenti seçilib

Aktual 10-mar, 01:339 76 0
Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.
Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr