Qarajı sökülən qaziyə yeni obyekt yeri veriləcək

Aktual / Cəmiyyət 15-dek, 22:189 19 0
Qarajı sökülən qaziyə yeni obyekt yeri veriləcəkQarajı sökülən qaziyə yeni obyekt yeri veriləcək
Bir müddət əvvəl Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində obyekt işlədən Vətən müharibəsi qazisi Sərxan Bünyadovun problemi həllini tapıb.

Uğuryolu.az “Qafqazinfo”yaistinadən qazi özü məlumat verib.

S.Bünyadovun sözlərinə görə, yaxın günlərdə yeni obyekti işə başlayacaq: “Mənə tikinti şirkəti tərəfindən Yeni Günəşli qəsəbəsində həmin yerə yaxın ərazidə yeni obyekt yeri təklif olunub. Razılaşmışam, yaxın günlərdə həmin əraziyə qaraj qoyulacaq. Həmçinin tikinti şirkəti tərəfindən obyekt avadanlıqlarla da təmin olunacaq”.

Xatırladaq ki, peşəsi elektrik olan S.Bünyadova müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən qaraj tikmək üçün yer verilmişdi və o həmin ərazidə tikintiyə lisenziya alaraq kiçik obyekt inşa etmişdi. Lakin ötən həftə yaxınlıqda çoxmərtəbəli bina inşa edən “Məkan” MTK qaziyə məxsus obyekti onunla razılaşmadan sökmüşdü.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr