Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib

Aktual 06-yan, 19:509 18 0
Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib
Ankara, 6 yanvar,Uğuryolu.az

Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyevin qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri, eləcə də sağ qalan bələdçilər ilə görüşündə səsləndirdiyi fikirləri geniş işıqlandırıb.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, qardaş ölkənin media orqanları Azərbaycanın Liderinin ölkə vətəndaşlarının həlak olmasında Rusiya nümayəndələrinin təqsirinin olması ilə bağlı sözlərini sitat gətirib. Eyni zamanda, Prezident İlham Əliyevin ədalətin təmin edilməsi və faciə ilə bilavasitə əlaqəsi olan bütün şəxslərin cəzalandırılması ilə bağlı tələblərinə diqqət çəkilib. Azərbaycanın qəza ilə bağlı tam şəffaflıq və insani davranış tələb etdiyi vurğulanıb.

Bildirilib ki, “Embraer 190”ın “qara qutu”larının Braziliyaya göndərilməsi barədə məlumat veriblər ki, bu da Bakı-Qroznı reysində 38 sərnişinin həyatına son qoyan qəzanın obyektiv şəkildə araşdırılmasına imkan verəcək.

Materiallarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan dövlətinin başçısına üzrxahlıq etdiyi də xatırladılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr