Gənclər Fondu “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin nəticələrini elan edir

Aktual 07-yan, 20:559 23 0
Gənclər Fondu “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin nəticələrini elan edir
Gənclər Fondu “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin nəticələrini elan edir
Bakı, 7 yanvar, Uğuryolu.az

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanında kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etmək məqsədilə 2024-cü il oktyabrın 18-dən dekabrın 1-dək olan müddətdə gənclər və gənclər təşkilatları üçün ilk dəfə keçirilən “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibləri müəyyənləşib.

Bu barədə AZƏRTAC-a Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları üzrə 17 gənclər təşkilatının, “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə isə 55 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Gənclər Fondunun rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Qrant müqavilələri yanvarın 15-dən fevralın 15-dək imzalanacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr